28 
İyl
2019
01:35
417
39
2886
Virtual karabakh

İlham Zəkiyev Avropa ikincisi oldu

28 İyl, 2019
01:35
2886

İlham Zəkiyev Avropa ikincisi oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa çempionatında fərdi yarışlar başa çatıb.

Oxu.Az xəbər verir ki, son gündə ikiqat Paralimpiya və dünya, yeddiqat Avropa çempionu İlham Zəkiyev (+100 kq) ilk dəfə finalda büdrəyib.

İdmançılarımız bu yarışda 10 medal qazanıb (bir qızıl, dörd gümüş, beş bürünc). Fərdi yarışlarda milli komandamız medalların sayına görə II, əyarına görə isə IV yeri tutub.

Beləliklə, -63 kq çəkidə dərəcəsində Xanım Hüseynova qızıl, +100 kq-da İlham Zəkiyev , -66 kq-da Bayram Mustafayev , +70 kq-da Dürsədəf Kərimova , -57 kq-da Sevda Vəliyeva gümüş medal qazanıb.

-100 kq çəki dərəcəsində Kənan Abdullaxanlı , -81 kq-da Hüseyn Rəhimli , -66 kq-da Namiq Abbaslı , -73 kq-da Ramil Qasımov və -52 kq-da Səbinə Abdullayeva bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün komanda yarışları keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri