Avq
2019
17:30
325
26
6315
Virtual karabakh

Renat Dadaşov İngiltərə klubu ilə dörd illik müqavilə bağlayıb - YENİLƏNİB

6 Avq, 2019
17:30
6315

Renat Dadaşov İngiltərə klubu ilə dörd illik müqavilə bağlayıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı futbolçu Renat Dadaşovun keçidi İngiltərənin “Vulverhempton” klubu tərəfindən rəsmən açıqlanıb.

Oxu.Az xəbər verir ki, futbolçumuz İngiltərə Premyer Liqa klubu ilə dörd illik müqavilə bağlayıb. Futbolçu Portuqaliya elitasında çıxış edəcək “Pasuj di Fireyra”ya bir mövsümlük icarəyə verilib.

Yeri gəlmişkən, “Vulverhempton”un idman direktoru Kevin Teluel bu barədə danışıb:

“Renat ötən mövsümdən yaxından izlədiyimiz oyunçudur. Biz onu klubumuzda görməkdən şadıq. Transfer pəncərəsi açılanda biz yalnız təqdimata yox, həm də gələcəyə diqqətlərimizi yönəltmişdik. Çox ümid edirəm ki, Renat gələcəkdə fantastik futbolçuya çevriləcək.

Renatda “Vulverhempton” oyunçusu kimi gördüyümüz bütün xarakterlər var. İndi o, “Pasuj di Fireyra”ya bir il ərzində daha yaxşı futbolçu kimi inkişaf etməsi üçün qayıdır. Bizim azarkeşlər onu keçmişdə futbolçumuz Dioqu Jotanı yetişdirən “Pasuj”un heyətində görəcəklər. Biz Renata icarə müddətinə uğurlar arzulayırıq. 2019/20 mövsümündə onu çox yaxından izləyəcəyik”.  

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasında “Top-6” komandalarını büdrətməsi ilə tanınan “Vulverhempton”un baş məşqçisi portuqaliyalı Nunu İşpiritu Santudur.

17:00

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İngiltərə Premyer Liqasında çıxış edən “Vulverhempton”a keçib.

Bu barədə xəbəri İngiltərənin “Birminqem Meyl” nəşri xəbər yayıb.

Yazı müəllifi Aleks Dikenin iddiasına görə, Portuqaliyanın “İşturil” klubu ilə gələn ilin yayına kimi müqaviləsi olan 20 yaşlı hücumçu “Vulverhempton”la anlaşıb. Ancaq müqavilənin müddəti göstərilməyib.

Vulverhempton klubu isə Renatı Portuqaliya elitasına yenicə vəsiqə qazanmış “Pasuj di Fireyra”ya icarəyə verib.

Qeyd edək ki, R.Dadaşov Almaniyada yaşayan azərbaycanlı ailədəndir. O, karyerasına Frankfurtun “Ayntraxt” klubunda başlayıb. Daha sonra “Leypsiq”ə keçən Dadaşov 2017-ci ildə yenidən “Ayntraxt”a qayıdıb. Ötən ilin yayından “İştoril”də çıxış edən Renat bu klubla iki illik müqavilə bağlayıb və Portuqaliya çempionatında 22 oyuna dörd qol vurub.

Futbolçu 2017-ci ildə millimizə cəlb olunub. O, 18 yaşında San Marino ilə görüşdə əsas yığmamızda debüt edib. Əvvəllər Almaniya 17 yaşadək yığmasında çıxış etmiş gənc futbolçu əsas millimizdə cəmi üç matç keçirə bilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri