Avq
2019
18:40
208
20
7697
Virtual karabakh

Renat Dadaşov: Menecerim zəng edəndə elə bildim ki, zarafat edir

6 Avq, 2019
18:40
7697

Renat Dadaşov: Menecerim zəng edəndə elə bildim ki, zarafat edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vulverhempton”la müqavilə bağladığım üçün çox şad və eyni zamanda həyəcanlıyam. Bu çox gözəl klubdur. “Canavar” olmaq inanılmazdır. Burada olduğum üçün çox xoşbəxtəm.

Bunu ləqəbi “Canavarlar” (Wolves) olan “Vulverhempton”un rəsmi saytına azərbaycanlı futbolçu Renat Dadaşov deyib. 20 yaşlı oyunçu dörd illik müqavilə bağladığı Vulverhempton klubundan gələn təklifdən danışıb:

“Menecerim mənə zəng edib “Vulverhempton”un mənimlə müqavilə bağlamaq istədiyini dedi. Mən də “doğrudan? Bu, doğrudur? Sən mənimlə zarafat etmirsən ki?” dedim. O dedi ki, bəli, bu, doğrudur. Beləliklə, qərar verməyim asan oldu.

Lakin indi hər şeyin əla olacağı icarəyə gedəcəyəm. Növbəti mövsüm bura daha güclü oyunçu kimi qayıda bilərəm.

Hər futbolçu Premyer Liqada oynayan komandada olmaq istəyir. Bu mənim üçün dünyada ən yaxşı liqadır. Ötən mövsüm “Vulverhempton”un necə möhtəşəm mövsüm keçirdiyini gördüm. Bu kluba keçməyim həqiqətə çevrilən arzumdur”.

O, növbəti mövsümün sonunda icarədən qayıtdıqdan sonra “Vulverhempton”da heyətə düşməsi ilə bağlı bunları deyib:

“Düşünmürəm ki, asan olacaq. Ancaq oynamaq üçün yol tapacağam. Çünki hər yerdə sənin üçün müsbət dəyişiklik olur. İngiltərə gözəl ölkədir. Burada çoxlu yaxşı insanlar var. Ona görə də düşünmürəm ki, burada ciddi problemim olsun.

Mənim üçün əsas komandaya kömək etməyə çalışmaqdır. İstər meydanda, istərsə də meydandan kənarda kluba yaxşı insan kimi kömək edəcəyəm”.

R.Dadaşov daha sonra Almaniyada yaşayan azərbaycanlı ailəsindən danışıb:

“Biz idmanda çox fəal ailəyik. Atam su polosu oynayıb, anam həndbol. Bacım 16 yaşına kimi futbolla məşğul olub. Qardaşım (millimizdə oynamış Rüfət Dadaşovu nəzərdə tutur – S.M.) Almaniya III divizionunda çıxış edir.

Sonuncu dəfə Azərbaycan millisində olarkən ilk dəfə həm mən, həm də böyük qardaşım bir komandada oynayırdıq. Bu mənim üçün inanılmaz idi. Çünki qardaşımla birgə ölkəmi təmsil etmək həyatımın ən yaxşı hisslərindən biri idi”.

Xatırladaq ki, ötən mövsüm Portuqaliyanın I divizion klubu “İşturil”də çıxış etmiş Renat Dadaşov növbəti mövsüm icarə əsasında “Pasuj di Fireyra”da oynayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri