Avq
2019
10:21
121
34
2834
Virtual karabakh

“Qarabağ” “Boka Xuniors”un qapıçısını almaq istəyr

7 Avq, 2019
10:21
2834

“Qarabağ” “Boka Xuniors”un qapıçısını almaq istəyr

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” futbol klubu Argentinanın məşhur “Boka Xuniors” komandasının qapıçısını almaq istəyir.

“TNT Sports” xəbər verir ki, Buenos-Ayres klubunun ikinci qolkiperi olan Markos Dias “Qarabağ”dan təklif alıb.

Artıq bu barədə “Boka Xuniors” da məlumatlıdır.

M.Dias Argentina nəhənginə bu ilin yanvarında qoşulub. 33 yaşlı qapıçı bu komandada yalnız iki dəfə – bir Super Liqa və bir kubok matçında çıxış edib.

Qeyd edək ki, “Qarabağ”da hazırda ikinci qapıçı funksiyasını Şahruddin Məhəmmədəliyev icra edir. Bununla belə, Ağdam klubu ehtiyat qapıçısının da legioner olmasında maraqlıdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri