Avq
2019
16:44
154
21
2179
Virtual karabakh

David Luiz “Çelsi”dən imtina edib “Arsenal”a keçir

8 Avq, 2019
16:44
2179

David Luiz “Çelsi”dən imtina edib “Arsenal”a keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisinin futbolçusu David Luiz “Çelsi”ni tərk edərək “Arsenal”a keçib.

Britaniyanın “Mirror” nəşrinin iddiasına görə, Unai Emerinin PSJ-də işləyərkən futbolçusu olmuş mərkəz müdafiəçisi “Çelsi”nin əsas komandası ilə məşqlərdə çalışmaqdan imtina edib.

Üç ay əvvəl indiki klubu ilə yeni müqavilə bağlamış 32 yaşlı futbolçunun artıq “Çelsi”nin əzəli rəqibi “Arsenal”la razılıq əldə etdiyi qeyd olunub. Bu transfer üçün “Arsenal” qarşı tərəfə səkkiz milyon funt ödəyəcək.

“Bordo”ya keçmiş Loran Kosyelninin yerinə alınan D.Luiz bu gün Londonda tibbi müayinədən keçdikdən sonra “Arsenal”lı olacaq. Onunla 2021-ci ilədək müqavilə bağlanacaq.

Qeyd edək ki, “Arsenal”ın müdafiənin soluna “Seltik”dən Kiran Tirnini də aldığı bildirilir. Bunun üçün Şotlandiya çempionuna 25 milyon funt ödəniləcək. 22 yaşlı futbolçu ilə beş illik müqavilə bağlanılacağı gözlənilir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri