Avq
2019
22:57
351
90
7888
Virtual karabakh

“Neftçi”dən əzmkar heç-heçə - VİDEO/YENİLƏNİB

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Neftçi" – "Bney Yehuda" oyunu 2:2 hesabı ilə başa çatıb.

Oxu.Az xəbər verir ki, ikinci hissədə meydana daxil olmuş Namiq Ələskərov oyuna əlavə olunmuş sonuncu dəqiqədə (90+7) hesabı bərabərləşdirən qola imza atıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu bir həftə sonra İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.

21:48

“Neftçi” – “Bney Yehuda” oyununun 43-cü dəqiqəsində hesab yenə dəyişib. "Neftçi"nin oyuncusu Stiven Jozef-Monroz fərqi azaldıb – 1:2.

21:41

"Bney Yehuda" hesabda 2:0 önə çıxıb. 

Oxu.Az xəbər verir ki, "Neftçi"nn qapısına ikinci qolu 36-cı dəqiqədə Məhəmməd Qədir vurub.

21:30

"Bney Yehuda" 26-cı dəqiqədə hesabı açdı.

Oxu.Az xəbər verir ki, qolu Tambi Saqas vurub.

Bununla da "Neftçi" cari mövsüm avrokuboklarda keçirdiyi beşinci oyunda qapısından ilk dəfə top buraxıb.

21:06

“Neftçi” – “Bney Yehuda” oyunu başlayıb.

Oxu.Az xəbər verir ki, görüşdə hələ hesab açılmayıb.

20:25

Bu gün keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu üçün heyətlər açıqlanıb.

Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətdə çıxacaq:

"Neftçi": 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç,  25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 93. Soni Mustivar, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 36. Mamadu Kane.
Baş məşqçi: Roberto Bordin.

"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.

Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 4. Paz Ben Ari, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri