Avq
2019
22:40
198
27
3036
Virtual karabakh

İslam gümüş, Həsən bürünc medal qazandı

9 Avq, 2019
22:40
3036

İslam gümüş, Həsən bürünc medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Qivi Kartozianın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri davam edir.

Oxu.Az xəbər verir ki, bu gün güləşçilərimiz daha iki medal qazanıb.

İslam Bazarqanov (-57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və bununla da gümüş medala sahiblənib.

Yunan-Roma güləşçimiz Həsən Əliyev (-77 kq) isə qırğız Qeyrətbəy Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.

Qeyd edək ki, bununla da “Qran-pri”də medallarımızın sayı səkkizə çatıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri