10 
Avq
2019
05:51
13
107
3106
Virtual karabakh

Özil və Kolaşinats ilk oyunu buraxacaqlar – Soyğunçu əhvalatı uzandı

10 Avq, 2019
05:51
3106

Özil və Kolaşinats ilk oyunu buraxacaqlar – Soyğunçu əhvalatı uzandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arsenal”ın futbolçuları Məsut Özil və Sead Kolaşinats İngiltərə Premyer Liqasının ilk turunda “Nyukasl”la oyunu buraxacaqlar.

Bu barədə “Sky Sports”məlumat verir.

Klub belə bir qərarı iyunun sonunda idmançılara olan hücumla bağlı verib. 

Xatırladaq ki, türk əsilli almaniyalı futbolçu komanda yoldaşı Sead Kolaşinatsla birgə avtomobildə hərəkət edərkən onları skuterlərdə olan bir neçə nəfər bıçaqla hədələyərək qarət etmək istəmişdi.

M.Özil kömək üçün yaxınlıqdakı restorana qaçmış, bosniyalı isə avtomobildən çıxaraq cinayətkarlarla dalaşmışdı. Hadisə nəticəsində xəsarət alan olmamışdı.

“Oyunçular və onların ailələrinin rifahı bizim üçün həmişə birinci yerdə olub. Biz hər iki oyunçumuzu yenidən meydançada görməyə səbirsizlənirik və bir daha bu mövzuda şərh verməyəcəyik”, - deyə klubun mətbuat xidməti tərəfindən bildirilib.

Qeyd etmək lazımdır ki, polis hələ də bu məsələ ilə bağlı araşdırmalar aparır, lakin hələ saxlanılan olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri