13 
Avq
2019
22:22
526
370
16210
Virtual karabakh

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB+VİDEO

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Çempionlar Liqasında mübarizəsini başa vuran Ağdam klubu çıxışını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:2

Qollar: De Vinsenti, 34 (pen.), Matiç, 68

Baş hakim: Daniel Siebert (Almaniya)

 

21:55

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə ikinci qol vurulub.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə qonaqlar fərqi artırıb – 2:0.

68-ci dəqiqədə Matiç komandasının ikinci qoluna imza atıb.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:2

Qollar: De Vinsenti, 34 (pen.), Matiç, 68

Baş hakim: Daniel Siebert (Almaniya)

 

21:37

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə ikinci hissə başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə qonaqlar qalib gəlir – 1:0.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:1

Qol: De Vinsenti, 34 (pen.)

Baş hakim: Daniel Siebert (Almaniya)

 

21:18

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə ilk hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün ilk yarısını qonaqlar minimal hesablı üstünlüklə başa vurublar.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:1

Qol: De Vinsenti, 34 (pen.)

Baş hakim: Daniel Siebert (Almaniya)

 

21:05

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə hesab açılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün 34-cü dəqiqəsində qonaqlar fərqləniblər.

De Vinsente penalti zərbəsini dəqiq yerinə yetirib.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:1

Qol: De Vinsenti, 34 (pen.)

Baş hakim: Daniel Siebert (Almaniya)

 

20:31

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin APOEL klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşə start verilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə hesab 0:0-dır.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:30. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) – 0:0

Baş hakim: Daniel Siebert (Almaniya)

“Qarabağ”: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.

Baş məşqçi: Qurban Qurbanov.

APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqirou, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Cuna Vidiqal 

Baş məşqçi: Tomas Doll

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 2:1

 

19:41

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” APOEL-lə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, saat 20:30-da başlayacaq görüş üçün start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar.

“Qarabağ”: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 9. Xayme Romero, 11. Mahir Əmrəli

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye

Baş məşqçi: Qurban Qurbanov

APOEL: 27. Vid Belets, 6. Qentsoqlu, 10. De Vinsenti (k), 11. Musa Əl-Taamari, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Pavloviç, 30. Merkis, 44. İonnu, 89. Bezjak, 91. Mihayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal

Baş məşqçi: Tomas Doll

 

09:29

“Qarabağ” klubu bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.

Oxu.Az xəbər verir ki, təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin APOEL klubunu qəbul edəcək.

Kiprdə baş tutan ilk qarşılaşmada “Qarabağ” rəqibini 2:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib və almaniyalı mütəxəssis Tomas Doll ilə iki illik müqavilə bağlayıb. 

Dünən Ağdam klubunun yaydığı məlumata görə, qarşılaşma üçün satışa çıxarılan biletlərdən 24 mini satılıb. Bu gün isə qalan altı min biletin satılacağı proqnozlaşdırılır. 

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqdası idarə edəcək. Baş hakim 35 yaşlı Daniel Sibert olacaq. Ona yan xətdə Yan Seydel və Lasse Koslovski kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Hakimlərin işinə Danimarkadan olan Yorn Vest Larsen qiymət verəcək. UEFA nümayəndəsi isə Velid İmamoviç (Bosniya və Herseqovina) olacaq.

“Qarabağ” APOEL səddini keçsə, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasının “pley-off” mərhələsində “Ayaks” (Niderland) - PAOK (Yunanıstan) cütünün qalibi ilə görüşəcək. Bu cütlüyün ilk oyunu 2:2 hesabı ilə başa çatıb.

Əgər təmsilçimiz Kipr klubunu keçə bilməsə, Avropa Liqasının “pley-off”unda “Linfild” (Şimali İrlandiya) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin ilk oyununda “Linfild” 2:1 hesablı qələbəyə sevinib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri