13 
Avq
2019
12:07
164
40
5338
Virtual karabakh

Metro gücləndirilmiş rejimə keçir

13 Avq, 2019
12:07
5338

Metro gücləndirilmiş rejimə keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) oyunu ilə əlaqədar olaraq metroda sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə bütün lazımi tədbirlər görülüb.

Bunu Oxu.Az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, xüsusən “Gənclik”və  “Nəriman Nərimanov” stansiyaları üçün əlavə işçi qüvvəsi ayrılıb:

“Bütün təhlükəsizlik tədbirlər görülüb ki, sərnişinlər oyunu izləməyə gedəndə və gələndə tam rahat şəkildə metrodan istifadə etsinlər. Metro saat 00:00-a kimi açıq olacaq. Çünki oyun saat 22:00-da bitəcək”.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Sevinc Yasinqızı   

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri