16 
Avq
2019
19:01
292
75
4034
Virtual karabakh

Azərbaycanlı güləşçi dünya çempionatında finala çıxdı - YENİLƏNİB

16 Avq, 2019
19:01
4034

Azərbaycanlı güləşçi dünya çempionatında finala çıxdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniyanın paytaxtı Tallində keçirilən gənc güləşçilərin dünya çempionatında ilk idmançımız finala çıxıb.

Oxu.Az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşi üzrə idmançımız Zaur Əliyev yarımfinalda yapon rəqibini 4:0 hesabı ilə məğlub edərək finalda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, finalda onun rəqibi rusiyalı Ənvər Allahyarov olacaq. Bu görüş sabah keçiriləcək.

18:01

Estoniyanın paytaxtı Tallində gənc güləşçilərin dünya çempionatı keçirilir.

Oxu.Az xəbər verir ki, avqustun 12-dən başlayan dünya çempionatında artıq sərbəst və qadın güləşçilərimiz çıxışlarını başa vurublar.

Sərbəst güləş millimiz üç medalla turniri tərk edib. Bunlar Turan Bayramov (-65 kq), Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Hacıyevdir (-74 kq). Hər üç güləşçimiz bürünc medal qazanıb.

Üç güləşçi ilə qatılan qadın millimiz bütün görüşlərdə uduzaraq mübarizəni dayandırıb.

Bu gündən etibarən isə güləşin yunan-Roma növü üzrə millimiz mübarizəyə qoşulub. Təəssüf ki, bu gün mübarizəyə qoşulan beş güləşçimizdən dördü ilk görüşdə uduzub. Yalnız Zaur Əliyev (-55 kq) Qırğızıstan və Moldovadan olan rəqiblərinə müvafiq olaraq 8:0 və 10:0 qalib gələrək yarımfinala çıxıb. O, finala çıxmaq üçün yaponiyalı Ken Matsuini məğlub etməlidir.

Qeyd edək ki, dünya çempionatına avqustun 18-də yekun vurulacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri