19 
Avq
2019
15:38
101
51
3478
Virtual karabakh

Modriç, Rakitiç, Perişiç Bakıya gələcək - HEYƏT

Futbol üzrə Xorvatiya millisinin Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb.

Xorvatiya Futbol Federasiyasının saytı xəbər verir ki, Zlatko Daliçin çağırdığı 23 nəfərlik heyətdə Mislav Orşiç ilk dəfə heyətə dəvət olunub.

Qapıçılar: Lovre Kaliniç ("Aston Vila", İngiltərə), Dominik Livakoviç ("Dinamo"), Simon Sluqa ("Luton Taun", İngiltərə);

Müdafiəçilər: Domaqoy Vida ("Beşiktaş", Türkiyə), Deyan Lovren ("Liverpul", İngiltərə), Tin Yedvay ("Bayer", Almaniya), Matey Mitroviç ("Brüqe", Belçika), Borna Barişiç ("Reyncers", Şotlandiya), Karlo Bartolets ("Kopenhagen", Danimarka), Mile Şkoriç ("Osiyek"), Dario Melnyak ("Rizəspor", Türkiyə);

Yarımmüdafiəçilər: Luka Modriç ("Real", İspaniya), İvan Rakitiç ("Barselona", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Milan Badel ("Fiorentina", İtaliya), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlasiç (ÇSKA, Rusiya);

Hücumçular: İvan Perişiç ("İnter", İtaliya), Ante Rebiç ("Ayntraxt", Almaniya), Yosip Berkalo ("Volfsburq", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi "Dinamo").

Bundan başqa, Andrey Kramariç ("Hofenhaym", Almaniya), Marko Roq ("Kalyari", İtaliya), Filip Benkoviç ("Lester Siti", İngiltərə), Miyo Saktaş, Yosip Yuranoviç (hər ikisi "Hayduk"), Antonio-Mirko Çolak ("Riyeka") ehtiyat heyətdə yer alacaq. Əsas heyətdən kimsə zədələndiyi halda, ehtiyatdakı bu altı futbolçudan biri çağırılacaq.

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 2-də paytaxt Zaqrebdə bir araya gələcək və ayın 5-də Slovakiyaya gedəcək. Xorvatlar sentyabrın 6-da Trnava şəhərində Slovakiya millisinin, həmin ayın 9-da isə Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri