21 
Avq
2019
12:55
367
42
3641
Virtual karabakh

Ronaldo: 40-41 yaşıma kimi futbol oynaya bilərəm

21 Avq, 2019
12:55
3641

Ronaldo: 40-41 yaşıma kimi futbol oynaya bilərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın "Yuventus" futbol klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Oxu.Az xəbər verir ki, 34 yaşlı hücumçu Portuqaliyanın TVI telenalına müsahibəsində gələn il futbolla vidalaşmasının mümkün olduğunu deyib:

"Hazırda bu barədə düşünmürəm. Olar bilər ki, karyeramı gələn il başa vurum. Həmçinin 40-41 yaşıma qədər oynaya bilərəm. Bilmirəm...

Həmişə deyirəm ki, anlardan həzz almaq lazımdır. Hədiyyə əladır və bundan həzz almağı davam etdirməlisən. Düşünmürəm ki, kimsə bundan sonra məndən çox rekorda imza atsın".

Qeyd edək ki, portuqaliyalı futbolçu 2018-ci ilin yayından "Yuventus"da oynayır. Daha öncə isə "Real", "Mançester Yunayted" və "Sportinq" klublarının formasını geyinib.

O, beş dəfə Çempionlar Liqasının qalibi olub və 126 qolla turnir tarixinin ən yaxşı hücumçusu adına layiq görülüb. Bundan əlavə, K.Ronaldo 5 dəfə "Qızıl top"la mükafatlanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri