22 
Avq
2019
13:06
24
243
5081
Virtual karabakh

Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib

22 Avq, 2019
13:06
5081

Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal millimizin sabiq braziliyalı baş məşqçisi Milton Luiz Ziler Junior vəfat edib.

Braziliyanın "Globo Esporte" saytı xəbər verir ki, Miltinyo kimi tanınan məşqçi ötən həftə insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Lakin 57 yaşlı mütəxəssis çərşənbə günü xəstəxanada ölüb.

Qeyd edək ki, Miltinyo 2016-cı ilin mayında yığmamıza baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında futzal millimiz Kolumbiyada keçirilən dünya çempionatında ilk dəfə mübarizə aparıb. Komandamız həmin mundialda uğurla çıxış edərək 1/4 finaladək irəliləyib.

2017-ci ilin yanvarında Miltinyo ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş etmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri