24 
Avq
2019
05:21
87
34
3307
Virtual karabakh

"Qarabağ" - "Linfild" oyununun hakim təyinatları açıqlanıb

24 Avq, 2019
05:21
3307

"Qarabağ" - "Linfild" oyununun hakim təyinatları açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qarabağ"ın UEFA Avropa Liqasında Şimali İrlandiya "Linfild"inə qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

"Report" xəbər verir ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma rusiyalı hakimlər briqadasına həvalə olunub. 

Baş hakim Sergey İvanova Roman Usaçov və Valeri Dançenko yan xətt, Sergey Lapoçkin isə dördüncü hakim qismində yardımçı olacaq. Lüksemburqlu Alen Hamer hakim-inspektor, sloveniyalı Marko Simyunoviç UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, cavab görüşü saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda "Linfild" qalib gəlib: 3:2.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri