25 
Avq
2019
00:39
141
28
3046
Virtual karabakh

Yığmamızın çalışdırıcısı beynəlxalq federasiya tərəfindən "əməkdar məşqçi" adına layiq görüldü

25 Avq, 2019
00:39
3046

Yığmamızın çalışdırıcısı beynəlxalq federasiya tərəfindən "əməkdar məşqçi" adına layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaqvada (Nikaraqua) baş tutan iclasında Azərbaycanla əlaqədar daha bir qərar verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasileva FIG tərəfindən "əməkdar məşqçi" diplomu ilə təltif olunub.  

Qeyd edək ki, bolqarıstanlı məşqçi 2008-ci ildən Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışır.

Onu da bildirək ki, daha əvvəl FIG 2022-ci il 11-13 mart tarixlərində Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının keçirilməsinə qərar verib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri