Sen
2019
14:32
151
14
1332
Virtual karabakh

Murad və Cavidan Türkiyədən medalla qayıdır - FOTO

2 Sen, 2019
14:32
1332

Murad və Cavidan Türkiyədən medalla qayıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə "Challenge" seriyasına aid Dünya Kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkəmizi bu yarışda milli komandamızın üzvləri Murad Ağarzayev və Cavidan Babayev uğurla təmsil ediblər.

Belə ki, altı alətin hər birində finala vəsiqə qazanan Murad, ən yaxşı çıxışını dayaqlı tullanmada nümayiş etdirib. Gimnastımız 14,175 xalla turnirin qızıl medalını qazanmağa müvəffəq olub.

Digər təmsilçimiz C.Babayev də komanda yoldaşından geri qalmayaraq, bu gün iki final mərhələsində öz gücünü sınayıb. Cavidan halqalarda çıxışı ilə fərqlənərək, 13,750 xalla bürünc medala layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri