Sen
2019
22:31
277
28
8344
Virtual karabakh

Xorvatiyanın baş məşqçisi: Azərbaycanın niyə daha əvvəl xal qazana bilməməsi təəccüblüdür

9 Sen, 2019
22:31
8344

Xorvatiyanın baş məşqçisi: Azərbaycanın niyə daha əvvəl xal qazana bilməməsi təəccüblüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz


"Azərbaycanı ilk xalını qazanması münasibəti ilə təbrik edirəm. Oyuna yaxşı başladıq və qol vurduq. Sonra yaxşı şanslarımız oldu. Amma qapıçınız çox yaxşı oynadı. Daha sonra milliniz yerli publikanın dəstəyi ilə qapımıza qol vurdu. Biz çıxışımızdan şad deyilik. Bu nəticəni qəbul edib, növbəti oyunlara hazırlaşmalıyıq".

Oxu.Az xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizlə 1:1 oynadıqları oyundan sonra deyib.

O bildirib ki, Azərbaycan qiymətləndiriləsi rəqibdir:

"Ante Rebiçin iki qol vurmaq şansı oldu və yararlana bilmədi. Onu çıxarmadım. Çünki ona inanmaq istədim.

Azərbaycan Zaqrebdəki oyunda da göstərib ki, yaxşı komandadır. Uels və Slovakiya ilə oyunlarda xal qazana bilməməyiniz təəccüblüdür. Bizə qarşı motivasiya ilə oynadılar. Bu meydanda dörd il əvvəl xal itirsək də, stadionu cəhənnəm adlandırmazdım. Sadəcə, şanslardan düzgün yararlanmaq lazımdır".

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri