10 
Sen
2019
13:40
103
29
1829
Virtual karabakh

Dünya və Avropa çempionumuz dopinq qalmaqalından sonra ilk böyük turnirinə çıxır

10 Sen, 2019
13:40
1829

Dünya və Avropa çempionumuz dopinq qalmaqalından sonra ilk böyük turnirinə çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

18-27 sentyabr tarixlərində Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək. 

Oxu.Az xəbər verir ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnir olacaq.

Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı körpücük üzərinə qadın millimizdən Səbinə Əzimova (-55 kq) və bolqarıstanlı legionerimiz Boyanka Kostova (-59 kq) çıxacaq. Kişi millimizi isə yalnız Nailxan Nəbiyev (-96 kq) təmsil edəcək.

Qeyd edək ki, dünya və üçqat Avropa çempionumuz Boyanka Kostova 2012-ci il Olimpiadasında dopinqdən istifadə etdiyi üçün cəzalandırılmışdı. Ötən ilin iyununda cəzasını başa vuran 26 yaşlı idmançı diskvalifikasiyadan sonra ilk böyük turnirinə məhz Tailandda start verəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri