10 
Sen
2019
13:58
150
16
4127
Virtual karabakh

Sumqayıtda 17 il sonra UEFA oyunu keçiriləcək

10 Sen, 2019
13:58
4127

Sumqayıtda 17 il sonra UEFA oyunu keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan – İsveçrə oyununun stadionu müəyyənləşib.

Oxu.Az xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki "Kapital Bank Arena"da keçiriləcək.

Qeyd edək ki, bununla da Sumqayıt şəhəri uzun müddətdən sonra UEFA bayrağı altında keçirilən beynəlxalq futbol qarşılaşmasına şahidlik edəcək. Sonuncu dəfə 2002-ci ildə belə bir yarış keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri