10 
Sen
2019
15:27
218
27
3432
Virtual karabakh

Futbol millimiz xorvatları büdrətdiyi üçün dünya reytinqində irəliləyəcək

10 Sen, 2019
15:27
3432

Futbol millimiz xorvatları büdrətdiyi üçün dünya reytinqində irəliləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol millimiz dünya reytinqində irəliləyəcək.

Oxu.Az-ın xəbərinə görə, komandamız dünya ikincisi Xorvatiya ilə 1:1 oynadığından, bu, komandamızın reytinqdə irəliləməsinə səbəb olacaq. 

Xorvatiya hazırda iyulun 25-də FIFA-nın açıqladığı dünya reytinqində 1625 xalla VII sıradadır. Millimiz isə 1188 xalla Bəhreynlə 109-cu sıranı bölüşür. Dünya reytinqinin ilk "onluğ"unda yerləşən Xorvatiyanı büdrətməsi yığmamızın reytinqdə irəliləməsi deməkdir.

Qeyd edək ki, növbəti reytinq cədvəlinin sentyabrın ortalarında açıqlanacağı gözlənilir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri