11 
Sen
2019
14:14
177
80
12412
Virtual karabakh

Arda Turana hökm oxundu: 2 il 8 ay

11 Sen, 2019
14:14
12412

Arda Turana hökm oxundu: 2 il 8 ay

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur futbolçusu Arda Turanla müğənni Berkay arasında yaşanan münaqişə ilə bağlı məhkəmə qərar çıxarıb.

Məhkəmə Arda Turanı qanunsuz silah saxlama, istifadə və qəsdən sağlamlığa xəsarət yetirmə ittihamı üzrə təqsirli bilərək, 2 il 8 ay 15 gün müddətinə həbs olunması ilə bağlı qərar verib.

Arda Turan ona qarşı irəli sürülən təcavüz ittihamından isə bəraət alıb.

Müğənni Berkay Şahin, Arda Turan verilən cəza ilə bağlı fikirlərini bölüşüb:

“Səhv bir şey desəm, vəkilim bunları qeydə alacaq. Hökm elan olundu. Düşünürəm ki, üç cinayət faktı var. Qərardan şikayət edəcəyik, cinsi təcavüz ittihamı ilə bağlı istədiyimiz cəzanı ala bilmədik.

Ona çıxarılan üç illik cəza mənim üçün kifayət deyil. Hökmdən razı qalmadığım üçün şikayət edəcəyəm. O, cinayətkar olsa da, bu, mənim üçün heç bir məna daşımır. Vəkillərimizlə birlikdə ali məhkəməyə gedib, şikayət edəcəyik”.

Qeyd edək ki, ötən il iki məşhur arasında məkanların birində münaqişə yaşanıb. B.Şahinin arvadı Özləm Ada Şahin Arda Turanın ona əxlaqsız təkliflər etdiyini bildirib və daha sonra onlar arasında dava düşüb. Hadisə nəticəsində Berkay xəsarət alaraq, burnu sınıb. Arda Berkayın olduğu xəstəxanaya gedərək silahla atəş açıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri