11 
Sen
2019
13:52
71
53
4531
Virtual karabakh

Xorvat həkim: Azərbaycanla oyunda futbolçularımızın tualetə gedəcəyini hakimə demişdim

Xorvatiya mətbuatında yerli komandanın iki gün əvvəl Bakıda xal itirməsinin səbəbləri araşdırılır.

Sportske Novosti” maraqlı və qeyri-adi səbəblərdən biri kimi Xorvatiya millisinin səkkiz futbolçusunun oyun günü virusa yoluxmasını göstərib.

Belə ki, virusa yoluxanlardan yeddisi start heyətdə meydana çıxıb. İddiaya görə, onların yoluxduqları virus 24 saat davam edir, vücudu əldən salır, qızdırma və ishala səbəb olur.

Qızdırma sahəsində mütəxəssis olan həkimlər Zoran Baxtiyaroviç və Eduard Rod oyunçuların bu virusla oynaya bilməsi üçün əlindən gələni ediblər. Bununla belə, xorvat futbolçular matç zamanı yerə yıxılırmış ki, səbəb də həmin virus göstərilir.

Hətta iddia olunur ki, Milan “İnter”inin futbolçusu Marselo Brozoviçin, demək olar ki, hər gün temperaturu qalxırmış və tez-tez tualetə gedirmiş. Daha sonra müəyyən olunub ki, digər futbolçularda da bu problem var.

Həkim Zoran Baxtiyaroviçi dinləyək: “Baş məşqçi Zlatko Daliçin oyundan sonra virus və oyunçuların qızdırması barədə bir söz deməməsi bir daha onun nə qədər böyük məşqçi və uğursuzluqda alibi axtarmayan təvazökar insan olduğunu göstərir.

Futbolçulara mümkün qədər kömək etdik. Hətta matçdan əvvəl baş hakim Zandro Şereri bununla bağlı xəbərdar etmişdim. O bilirdi ki, oyun zamanı kiminsə meydandan çıxıb tualetə getməsi istisna olunmur. Ona təəccüblənməməsini və buna görə vərəqə verməməsini xahiş etdim”.

Ancaq oyun zamanı belə hal yaşanmayıb. Bütün futbolçular 90 dəqiqə tualetə ehtiyac duymayıb. Bəs bu virus necə yayılıb? Baxtiyaroviç belə deyir:

“Araşdırmağa ehtiyac yoxdur. Bir futbolçuya keçib, digərlərinə də yoluxub. Bunun Bakıda olmağımız və ordakı yeməklə heç bir əlaqəsi yoxdur. Axı bizim öz aşbazımız vardı və üstəlik, biz orda ən yaxşı hoteldə idik. Sadəcə, biz bu problemin olduğunu biləndə artıq gec idi. Virus yayılmışdı”.

Xorvatiya mətbuatı yazır ki, bu ikinci belə haldır. 2006-cı ildə Almaniyadakı dünya çempionatına gedəndə də Xorvatiya yığması bu halla üzləşib. Belə ki, 2006-cı ilin iyunun 3-də Volfsburqun “Folksvaqen Arena”sında keçirilmiş Polşa ilə yoxlama oyununda komanda 0:1 hesabı ilə uduzmuş və onda da məğlubiyyət virusa yoluxma ilə əlaqələndirilmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri