11 
Sen
2019
16:14
29
212
12654
Virtual karabakh

MMA idmançısı bıçaqla öldürüldü

11 Sen, 2019
16:14
12654

MMA idmançısı bıçaqla öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın paytaxtı Daşkəndin Şayxantaxursk rayonunda MMA döyüşçüsü Müslüm Amanov bıçaq zərbəsi ilə öldürülüb.

Qalampir”in xəbərinə görə, 23 yaşlı idmançının qətlinin təfərrüatı hələlik bəlli deyil.

“Səttarov” komandasını təmsil edən "Müslüm Möminov" kimi də tanınan idmançının MMA-da son döyüşü iyulun 6-da Dağıstanda keçirilmiş “Qorets” turnirində olub. Amanov həmin döyüşdə yerli idmançı Əbdülmütəllib Qayırbəyova məğlub olub.

Qeyd edək ki, bu, Daşkənddə ilk belə hal deyil. Ötən ilin avqustunda “Aurum 898” gecə klubunda Özbəkistan çempionu, MMA döyüşçüsü Cəmşid Kencayev öldürülmüşdü. Bu cinayətlə bağlı dörd insan mühakimə olunmuşdu. Onlardan üçü beş, biri isə 18 il məhkum olunmuşdu. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri