12 
Sen
2019
01:05
47
155
8609
Virtual karabakh

Arda Turan üzr istədi - FOTO

12 Sen, 2019
01:05
8609

Arda Turan üzr istədi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Berkay Şahinin ilk açıqlamasının ardınca Arda Turandan ildırım sürəti ilə üzr mesajı gəlib.

Berkay Şahinə xəsarət yetirib, onun burnunu qıran Arda Turan sənədsiz silah saxlama və qəsdən sağlamlığa xəsarət yetirmə ittihamı üzrə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. 

B.Şahin futbolçunun həbsi ilə bağlı bunları dilə gətirib:

"Ondan heç bir maddi tələbimiz yoxdur. Təzminata istəmirik. Üzr istəsin və məsələ bağlansın. Üzr istəyəndən sonra danışılmalı mövzu qalsa, kişi kimi oturub danışarıq. Məndən üzr istəməsin, buna ehtiyac yoxdur, biz özümüz onunla söhbət edib hər şeyi aydınlaşdırarıq, amma o, bizim arzu etdiyimiz şəkildə üzr istəməlidir".

Berkayın ilk açıqlamasının ardınca Arda şəxsi "Instagram" hesabında üzrxahlıq mesajını paylaşıb. Futbolçu müğənnidən və onun həyat yoldaşından başqa hər kəsdən üzr istəyib.

"Kiminsə arvadına sataşmamışam. Sataşmaram da, bu mümkün deyil! Bunun müzakirə predmeti olması belə məni narahat edir" yazan məşhur futbolçu fikirlərini cəmiyyətə bu cür çatdırıb:

"Əvvəla üstümə atılan çirkin "kiminsə arvadına sataşmaq" iftirasını təmizləmək niyyətilə yol verdiyim ani səhvlərə görə ailəmdən, klubumdan, dostlarımdan və ən vacibi, məndən bu günə qədər nümunə götürmüş bütün qardaşlarımdan təkrar üzr istəyirəm. Bunu səmimi qəlbdən deyirəm. Eyni zamanda, bu mərhələdə bəzi bəyanatlar verməyin də zəruri olduğunu duyuram. İnsan övladının qarşılaşacağı ən çətin vəziyyətlərdən birini, belə bir böhtan, bu cür ağır və çirkin bir iftira qarşısında haqlı olduğunu sübut etməyə çalışmaq olduğunu öyrəndim. 

Adınıza, ailənizə böhtan ataraq alçaltmaqdan başqa şeyi düşünməyənlər qarşısında həqiqəti hayqırmağın bəzən yetərli və inandırıcı olmadığını yaşayaraq gördüm. Türk ədalət mühakiməsi və çıxarılan hökm ilk gün söylədiklərimi bir daha təsdiq etdi. Müzakirəsindən belə narahat olduğum "kiminsə arvadına sataşmaq" cinayətini törətmədim. Törətmərəm də, mümkün deyil!

Bu gündən etibarən bütün ictimaiyyəti bu iddiaların ortaya atıldığı günlərdə söylənən, yazılan xəbərləri və məhkəməyə belə hörmət etmədən uzadılan hər mikrofona danışıb, bəyanat verənləri xatırlamağa dəvət edirəm. Hər kəsi bu hadisələrdən reklam vasitəsi kimi istifadə edənlərin kimliyi barədə düşünməyə dəvət edirəm. Allaha şükürlər olsun ki, türk ədalət məhkəməsi bu ağır ittihamların çirkin bir iftira olduğuna qərar verdi. O dövrdə mənə bu iftiranı atanları və buna ürəkdən sevinənləri, hətta məndən şübhələnən dostlarımı da öz vicdanları ilə təkbətək qoyuram".

Arda yazıb: "Özlərindən istəyəcəkləri üzr ümidvaram ki, bundan sonrakı həyatları üçün şərəfli bir başlanğıcın ilk addımı olar. Bütün bu yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, demək istəyirəm ki, insanlara və ədalətə olan inamımı heç vaxt itirməmişdim. Şübhəsiz ki, bu hadisələrdən dərs götürmüşəm. Bundan sonra çox çalışıb, yanımda olan ailəmi, xanımımı, klubumu və dostlarımı qürurlandırmaq ən böyük məqsədim olacaq. Son olaraq demək istəyirəm ki, mənim üçün ən vacib olan etdiyim səhvlərə görə aldığım cəzalar deyil, kiminsə arvadına sataşmaqla bağlı ittihamın üzərimdən götürülməsidir, bu mənada bəraət almağımdır. Başımı öz hüzurundan başqa heç kimə əydirməyən Allaha şükürlər olsun".



Qeyd edək ki, Arda Turan əyləndiyi məkanların birində Berkay Şahinin arvadına "necə gözəlsən, evli olmasaydım, səni əldən buraxmazdım" söyləyib. Bu sözləri eşidən Berkay ona: "Həyat yoldaşımı evə ötürüb qayıdacağam. Kişi kimi danışacağıq" deyə əsəbi şəkildə cavab verib. Daha sonra iki məşhurun arasında dava düşüb, futbolçu müğənninin burnunu sındırıb. Arda daha sonra Berkayın olduğu xəstəxanaya gedərək silahla atəş açıb.

Rəşad Əliyev

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri