12 
Sen
2019
22:35
70
100
4958
Virtual karabakh

Rusiya İdman naziri və Prezident köməkçisi bədii gimnastika üzrə DÇ barədə: Azərbaycan bunu bacarır

12 Sen, 2019
22:35
4958

Rusiya İdman naziri və Prezident köməkçisi bədii gimnastika üzrə DÇ barədə: Azərbaycan bunu bacarır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın İdman naziri Pavel Kolobkov və ölkə prezidentinin müşaviri İqor Levitin “Moskva-Bakı” portalına açıqlamasında sentyabrın 16-da Azərbaycan paytaxtında başlayacaq bədii gimnastika üzrə dünya çempionatından gözləntiləri barədə danışıblar.

İdman naziri qeyd edib ki, ən yüksək səviyyəli idman yarışlarının təşkilindən danışarkən 2015-ci ildə keçirilmiş Birinci Avropa Oyunlarından bəhs etmək lazımdır:

“Əgər biz böyük yarışların təşkilatçısı kimi Azərbaycan haqqında danışsaq, əlamətdar hadisə ilk Avropa Oyunlarının keçirilməsi idi. İndi Oyunlar üçün yaradılan bütün infrastruktur Dünya Bədii Gimnastika Çempionatı çərçivəsində istifadə olunacaq.

Bakıdakı yarışlarda iştirak edən idmançılarımız nəinki idman qurğularını, təşkilatçılığı, həm də şəhərin özünü çox tərifləyirlər. Bakı çox qonaqpərvərdir. Rahat nəqliyyat sisteminə, çox gözəl, heyrətamiz hava limanına malikdir. Şəhər bütün hotel infrastrukturu ilə təmin edilib. Bütün dostlarım, həmyerlilərim və idmançılarımız kimi, mən də Azərbaycana gəlməkdən həmişə məmnunam”.

“Əlbəttə, bilirik ki, Rusiya idmançıları qalib gələcəklər. Onlardan qələbə gözləyirəm. Ancaq Azərbaycan gimnastlarının ruslarla fəal şəkildə yarışmalarını arzulayırıq. Digər tərəfdən, bədii gimnastikanın bu qədər çətin bir idman növü olduğunu başa düşürəm.

Buna görə idmançı və məşqçilər nəticə əldə etmək üçün çox zəhmət sərf edirlər, nəinki Rusiyada, bir çox ölkələrdə rəqabət o qədər yüksəkdir ki, bu cür yarışlarda qələbə qazanmaq hər il daha da çətin olur”, - deyə rusiyalı nazir əlavə edib.

Rusiya Prezidentinin köməkçisi İqor Levitin də mötəbər yarışları qəbul etmək baxımından İdman naziri ilə eyni fikirdədir:

“Azərbaycan hər yarışı qəbul etmək iqtidarındadır, buna görə hamı ora gedir. Azərbaycan hətta paytaxtda “Formula-1” də keçirdi. Nadir hallarda “Formula-1” mövcud şəhər magistral yolunun yaxınlığında baş verir. Azərbaycanın “Formula”nı necə keçirdiyini izlədik, çox maraqlıdır. Monakoda da eynidir. Demək istəyirəm ki, Azərbaycanda, ümumiyyətlə, idman çox inkişaf edib”.

Pavel Kolobkov, həmçinin, Vyaçeslav Fetisov və Aleksandr Oveçkinin Bakıya gələn il gözlənilən səfərini qeyd edərək, Rusiyanın Azərbaycana buz idmanının, xüsusən də hokkeyin inkişafında dəstəyini əsirgəməyəcəyini söyləyib:

“Əlbəttə, Rusiya Azərbaycana hokkeyin inkişafında kömək edəcək. Bunun üçün oktyabrın 10 və 11-də Nijni Novqorodda keçiriləcək “Rusiya İdman Gücüdür” Beynəlxalq Forumu çərçivəsində görüşəcəyik.

Ümid edirik ki, Azərbaycan nümayəndələri də gələcək. Azərbaycandan Gənclər və İdman naziri Azad Rəhimovun olacağı gözlənilir. Azərbaycanla çox qədim və tarixi idman əlaqələrimiz var. Buna görə də onlara idmanın inkişafında, tədbirlərin təşkilində hər cür kömək göstərəcəyik. İdman hamımızı birləşdirir”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri