14 
Sen
2019
19:51
331
55
14356
Virtual karabakh

Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

14 Sen, 2019
19:51
14356

Nurməhəmmədov Puaryeyə verdiyi vədi yerinə yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı MMA döyüşçüsü Dastin Puarye rusiyalı Həbib Nurməhəmmədova ona məxsus “The Good Fight Foundation” fonda ianə verdiyi üçün təşəkkür edib. 

Bununla bağlı fondun “Twitter” hesabında Puaryenin fikirləri yer alıb. 

“Çox sağ ol ki, vədini yerinə yetirdin və ianə bağışladın. Sənin bu töhfən insanlara kömək olacaq!”, - o bildirib. 

Xatırladaq ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən UFC-242 turnirində üçüncü raundda rəqibi amerikalı Dastin Puaryeni boğma fəndi ilə təslim olmağa vadar edib. Bununla da Həbib 28-ci peşəkar MMA döyüşündə məğlubiyyətsizliyini qoruyaraq saxlayıb. 

Döyüşdən sonra Nurməhəmmədov Puaryenin ona verdiyi formanı hərracda satacağını, əldə olunan gəliri isə amerikalıya məxsus fonda verəcəyini demişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri