16 
Sen
2019
00:25
154
18
5255
Virtual karabakh

DÇ-nin mükafatçısı: Fərid Mansurovun rekordunu təkrarlamaq istəyirdim - VİDEO

16 Sen, 2019
00:25
5255

DÇ-nin mükafatçısı: Fərid Mansurovun rekordunu təkrarlamaq istəyirdim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zirvəyə qalxmaq çətin, orda qalmaq ondan da çətindir.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycana Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal qazanmış yunan-Roma güləşçimiz Eldəniz Əzizli deyib.

55 kq çəki dərəcəsində mübarizə aparan ötən ilin dünya və Avropa çempionumuz bürünc medal uğrunda amerikalı Maks Emilyano Nuriyə cəmi 39 saniyəyə qalib gəlib (8:0).

E. Əzizli bildirib ki, mükafat qazansa da, ümidləri doğrultmayıb: “Etimadı tam doğrultmadığımı bilirəm. Çalışacağam ki, növbəti yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxım. Məşqçilər düzgün taktika vermişdilər. Nəyin necə olacağını demişdilər. Amma yarımfinalda qazax idmançısı ilə görüşdə səhv etdim. Uduzulası rəqib deyildi”.

Qeyri-olimpiya çəkisində dünya üçüncüsü olan pəhləvan Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya turnirlərində iştirakının federasiya rəhbərliyindən asılı olduğunu deyib: “Federasiya rəsmiləri və baş məşqçi Şaban Donatın seçimi necə olacaqsa, onunla razılaşacağam. Əgər mənə etimad göstərib 60 kq-da sınamaq istəyərlərsə, özümü göstərməyə çalışacağam. Ən yaxşısını məşqçilər bilirlər. Dünya çempionatında da bunu sınamaq olardı. Amma özüm bunu istəmədim. Ardıcıl ikinci dəfə dünya çempionluğunu hədəfləyirdim. Yunan-Roma güləşində Azərbaycanda Fərid Mansurovdan başqa ikiqat dünya çempionu yoxdur. Onun rekordunu təkrarlamaq istəyirdim. Qismət belə alındı. Əgər bundan sonra 60 kq-da yoxlamaq istəsələr, buna tam hazırlaşacağam. Qarşıda Avropa və dünya lisenziya turnirləri var. Lisenziya idmançıya deyil, ölkəyə verilir. London Olimpiadasında da bunun şahidi olduq. Lisenziyaya Kamran Məmmədov yiyələnsə də, Oyunlara Həsən Əliyev yollandı. Yenə hər şey məşqçilərin seçimindən asılı olacaq. Layiq görəcəklərsə, güləşəcəyik”.

Qeyd edək ki, dünya çempionatında 60 kq-da Azərbaycan güləşçilərindən Taleh Məmmədov qüvvəsini sınayacaq. O, mübarizəyə bu gün qoşulacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri