16 
Sen
2019
09:30
74
15
2608
Virtual karabakh

“Sabah”ın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

16 Sen, 2019
09:30
2608

“Sabah”ın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” Futbol Klubunun baş məşqçisi vəzifəsində dəyişiklik edilib. 

Bununla bağlı klubun rəsmi saytında məlumat yerləşdirilib. 

Əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra "Sabah"ın prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək: 

“Qərar klub rəhbərliyi ilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən “Sabah”ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var.

Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayevə həvalə edilib. Yaxın günlərdə klubumuzun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri