17 
Sen
2019
06:26
55
61
6530
Virtual karabakh

Filip Kirkorovun oğlu “Barselona”dan MOİK-ə keçdi – FOTO

17 Sen, 2019
06:26
6530

Filip Kirkorovun oğlu “Barselona”dan MOİK-ə keçdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filip Kirkorovun 7 yaşlı oğlu Martin “Barselona”nın Moskva akademiyasından paytaxtın MOİK klubunun məktəbinə keçib.

Sport24 xəbər verir ki, bunu futbol agenti Dmitri Selyuk bildirib.

Onun sözlərinə görə, akademiyanı dəyişməyi Kirkorova o məsləhət görüb.

“Biz Filiplə uzun illərdir dostuq. Uşaqlarımız da dostluq edir. Onun oğlu Martin futbola aşiqdir və başqa heç nəyi düşünmək istəmir. Mən Filipə başa saldım ki, MOİK ciddi klubdur və burda uşağı həm yaxşı futbolçu, həm də əsl kişi kimi tərbiyə edəcəklər”, – deyə mütəxəssis bildirib.

Yeni klubda uşağın məşqçisi məktəbin direktoru, keçmiş futbolçu Oleq Karnauxov olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri