17 
Sen
2019
11:00
98
16
3613
Virtual karabakh

ÇL başlayır: “Barselona” Almaniyada, “Liverpul” İtaliyada çətin sınaq qarşısında

17 Sen, 2019
11:00
3613

ÇL başlayır: “Barselona” Almaniyada, “Liverpul” İtaliyada çətin sınaq qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 2019/2020-ci illər mövsümü UEFA Çempionlar Liqası qrup mərhələsinə start verilir.

Oxu.Az xəbər verir ki, bu gün dörd qrupda səkkiz görüş keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşması Almaniyanın Dortmund şəhərində olacaq. Sonuncu dəfə iyulda Argentina millisinin heyətində Kopa Amerika turnirində oynamış “Barselona”nın kapitanı Lionel Messi də artıq dünənki məşqdə iştirak edib. Onun bu gün start heyətdə meydana çıxıb-çıxmayacağı sual altındadır.

F qrupu

20:55 “İnter” (İtaliya) – “Slavia” (Çexiya)
Baş hakim: Rudi Buke (Fransa)

23:00 “Borusiya Dortmund” (Almaniya) – “Barselona” (İspaniya)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)

G qrupu

20:55 “Lion” (Fransa) – “Zenit” (Rusiya)
Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00 “Benfika” (Portuqaliya) – “Leypsiq” (Almaniya)
Baş hakim: Anastasios Sidiropulos (Yunanıstan)

E qrupu

23:00 “Zalsburq” (Avstriya) – “Genk” (Belçika)
Baş hakim: Feliks Svayer (Almaniya)

23:00 “Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Feliks Brıx (Almaniya)

H qrupu

23:00 “Ayaks” (Hollandiya) – “Lill” (Fransa)
Baş hakim: Srcan Yovanoviç (Serbiya)

23:00 “Çelsi” (İngiltərə) – “Valensia” (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri