17 
Sen
2019
16:12
121
32
2942
Virtual karabakh

“Sevilya” Bakıya 24 futbolçu ilə gələcək - HEYƏT

İspaniyanın “Sevilya” klubu Bakıya "Qarabağ"la oyuna 24 futbolçu ilə gələcək.

Sevilya klubunun rəsmi saytı xəbər verir ki, heyətdə cinah yarımmüdafiəçisi Lukas Okampos da var.

Lakin argentinalı futbolçu oynaya bilməyəcək. Çünki o, ötən mövsüm “Marsel”in heyətində cəzalı duruma düşüb.

İspaniyanın “Sevilya” klubu 24 futbolçu ilə Bakıya gələcək.

Sevilya klubunun rəsmi saytı xəbər verir ki, heyətdə cinah yarımmüdafiəçi Lukas Okampos da var.

Lakin argentinalı futbolçu oynaya bilməyəcək. Çünki o, ötən mövsüm “Marsel”lə oyundan cəzalı duruma düşüb.

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi bu gün səhər İspaniyada son məşqini keçirib. Məşqdən sonra baş məşqçi Xulen Lopetegi Bakıya gedəcək oyunçuların adlarını açıqlayıb. Yalnız hücumçu Nolito komanda ilə səfər edə bilməyəcək. Çünki o zədəlidir. Qapıçı Xavi Dias sifariş ərizəsinə salına bilmədiyindən, onun yerinə üçüncü qapıçı kimi gənc Alfonso Pastor gətiriləcək.

Beləliklə, Bakıya səfər edəcək futbolçular bunlardır: Tomaş Vatslik, Bono, Alfonso, Xesus Navas, Alexandro Poso, Serxi Qomes, Daniel Karisu, Dieqo Karlos, Jül Kunde, Serxio Eskudero, Serxio Reqilon, Fernando, Nemanya Qudel, Joan Jordan, Ever Baneqa, Franko Vazkes, Oliver Tores, Roni Lopeş, Brayan Xil, Munir, Munas Dabbur, Lüq De Yonq, Çiçarito, Lukas Okampos.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri