18 
Sen
2019
10:19
187
28
9588
yuxarı
Mahir Emrelinin evini soyanlar tutuldu - FOTO
18 Sen, 2019
10:19
9588
187
28
Mahir Emrelinin evini soyanlar tutuldu - FOTO
Məşhur futbolçu Mahir Emrelinin evini soyan şəxslər “Gənclik” metrostansiyası yaxınlığında saxlanılıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhəri Baş Polis İdarəsindən məlumat verilib.
2003-cü il təvəllüdlü Qazax rayon sakini Nicat Vəliyev və 2005-ci il təvəllüdlü Anar Mahmudovun saxlanılmasında Binəqədi Rayonu və Bakı Şəhəri Polis İdarələrinin cinayət-axtarış şöbəsinin əməkdaşları iştirak ediblər.
Yetkinlik yaşına çatmayan şəxslər 17 sentyabr tarixində “Gənclik” metrostansiyası yaxınlığında saxlanılıblar. Hazırda qarətdə şübhəli bilinən şəxslər dindirilir. Futbolçunun evindən oğurlanan pul hələlik tapılmayıb. Qeyd edək ki, Nicat Vəliyev azyaşlı olsa da, oğurluğa görə bir dəfə məhkumluq həyatı yaşayıb.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək