18 
Sen
2019
11:57
118
23
4160
Virtual karabakh

UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi - VİDEO

18 Sen, 2019
11:57
4160

UEFA Avropa Liqasının ən çox qalibi olmuş klub Bakıya belə gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Sevilya” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyunu üçün artıq Bakıdadır.

Oxu.Az xəbər verir ki, Avroliqanın ən çox qalibi olmuş klub dünən Bakı vaxtı ilə saat 15:00-da San Pablo adına hava limanından səfərə çıxıb.

Komanda altı saatlıq səfərin sonunda saat 21:00-da Bakıda olub. Bakıya 24 futbolçu və məşqçi heyətindən başqa, “Sevilya”nın prezidenti Xose Kastro, vitse-prezidenti Qabriel Ramos və digər klub rəsmiləri gəlib.

Əndəlus klubu bu gün saat 19:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxacaq. Bundan yarım saat əvvəl isə rəqib baş məşqçi Xulen Lopeteqi və “Sevilya”nın bir və ya iki futbolçusunun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Sevilya” görüşü sabah keçiriləcək. Görüş saat 20:55-də başlayacaq.      

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri