19 
Sen
2019
10:20
69
415
13013
Virtual karabakh

DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.

Oxu.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidova uduzub – 2:4. 

Lakin idmançımız bu görüş qalmaqallı keçib. Belə ki, görüşün bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən iki xalla qiymətləndirilib və idmançımız 4:3 irəli keçib. Lakin rəqibin etirazından sonra bu iki xal silinib və dağıstanlı idmançıya daha bir xal verilib.

Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində etiraz əlaməti olaraq mübarizəni davam etdirməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.

O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi ikiqat Avropa çempionu olan rusiyalını tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb. Bundan sonra Hacı Əliyev dünya çempionatından diskvalifikasiya olunub. 

Qeyd edək ki, Hacı Əliyev 2017-ci ilin dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri