19 
Sen
2019
10:54
134
34
4229
Virtual karabakh

İqor Ponomaryov Bakı klubuna müvəqqəti baş məşqçi təyin olundu - FOTO

19 Sen, 2019
10:54
4229

İqor Ponomaryov Bakı klubuna müvəqqəti baş məşqçi təyin olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” FK-nın Müşahidə Şurasının (MŞ) növbədənkənar iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, iclasda MŞ-nin sədri Firudin Qurbanov, üzvləri – Rauf Xəlilov, İqor Ponomaryov, Rəhman Hacıyev, Yaqub Hüseynov və klub prezidenti Maqsud Adıgözəlov iştirak edib.

İclasa giriş sözü ilə Maqsud Adıgözəlov başlayıb. Klub prezidenti komandadakı son vəziyyət, çempionat oyunlarındakı nəticələr barədə danışıb.  O, baş məşqçi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında onun bundan sonra klubda müşavir postunda çalışması ilə bağlı qərar qəbul olunduğunu qeyd edib.

Daha sonra Adıgözəlov yeni baş məşqçi axtarışlarının davam etdiyini bildirib. Klub prezidenti yeni baş məşqçi təyin olunana kimi MŞ-nin üzvü, təcrübəli mütəxəssis İqor Ponomaryovun öz təcrübəsi ilə komandaya kömək etməsini təklif edib.

Həm Ponomaryov, həm də MŞ-nin üzvləri bu təklifi müsbət qarşılayıb. Təcrübəli mütəxəssisin komandaya müvəqqəti baş məşqçi təyin olunması qərara alınıb. Ponomaryov Premyer Liqanın “Sumqayıt”la oyunundan sonra – gələn həftənin bazar ertəsindən müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlayacaq. Mütəxəssis öz təcrübəsi ilə yeni baş məşqçinin axtarışında da köməyini əsirgəməyəcək.

Sonda MŞ-nin sədri Firudin Qurbanov çıxış edərək, İqor Ponomaryovun təcrübəsinin indiki zamanda komandaya faydalı olacağını qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri