19 
Sen
2019
23:13
41
190
5706
Virtual karabakh

Xulen Lopeteqi: “Qarabağ” kimi komandanı məğlub etmək sevindiricidir

19 Sen, 2019
23:13
5706

Xulen Lopeteqi: “Qarabağ” kimi komandanı məğlub etmək sevindiricidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqib öz meydanında oynadığından, əvvəldə bizə çətin idi. Amma ilk qolu vurduqdan sonra işimiz daha rahat oldu.

Oxu.Az xəbər verir ki, bunu “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.

O, Bakıda keçirilən mətbuat konfransında “Qarabağ”a 3:0 qalib gəldikləri görüş barədə danışıb:

“Gözlədiyim “Qarabağ”ı meydanda gördüm. Hesaba baxmayaraq, rəqibimiz yaxşı komandadır. Belə komandanı məğlub etmək həqiqətən sevindiricidir.

“Qarabağ”ın APOEL-lə oyununu izləmişdim. Həmin komandanı məğlub edə bilərdiniz. Çünki yaxşı real qol vəziyyətləriniz vardı”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri