Okt
2019
01:22
875
74
18183
Virtual karabakh

“Qarabağ” erməni təxribatı ilə üzləşdiyi ölkədə böyükhesablı qələbə qazandı - YENİLƏNİB

4 Okt, 2019
01:22
18183

“Qarabağ” erməni təxribatı ilə üzləşdiyi ölkədə böyükhesablı qələbə qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının Lüksemburqda keçirilən “F91 Düdelanj” - “Qarabağ” görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, qondarma Dağlıq Qarabağ bayrağının Jozi Bartel adına arenada dronla dalğalandırılmasından sonra 10 dəqiqəyə yaxın dayandırılan görüşdə Ağdam komandası 4:1 hesabı ilə qalib gəlib.

Bununla da “Qarabağ” qrupda ilk qələbəsini qazanaraq II sıraya qalxıb.

Qrupun digər görüşündə “Sevilya” İspaniyada APOEL-dən üstün olub - 1:0.

1:13

90-cı dəqiqədə "Düdelanj" fərqi azaltdı. Antuan Bernye fərqləndi - 1:4.

 
00:52
69-cu dəqiqədə "Qarabağ" hesabı darmadağın həddinə gətirib çıxardı. İspaniyalı Dani Kintana dördüncü qolu vurdu - 4:0
 
00:47
62-ci dəqiqədə "Düdelanj" azlıqda qaldı. Mikael Qaro ikinci sarı vərəqə alaraq meydandan qovuldu. 
 
00:03
“Qarabağ” Miçelə qarşı edilən kobudluğa görə təyin olunmuş penaltidən fərqi 3-ə çatdırıb. Millimizin braziliyalı yarımmüdafiəçisi Rişard Almeyda 36-cı dəqiqədə fərqlənib. 
 
23:57
Lüksemburqun İdman naziri bu təxribatın onlar tərəfindən edilmədiyini bildirib, qonaq komanda və azarkeşlərindən üzr istəyib. Bundan sonra futbolçular meydana qayıdıb, oyun qaldığı yerdən davam etdirilib. 
 
23:42
Baş vermiş təxribat nəticəsində matç dayandırılıb. Oyunun davam edib-etməyəcəyi hələlik məlum deyil. 
 
23:30
“Qarabağ” hesab arasındakı fərqi ikiyə çatdırdı - 0:2. 30-cu dəqiqədəki qolun müəllifi Miçeldir. 
 
23:12
“Düdelanj” - “Qarabağ” matçında hesab açılıb. 11-ci dəqiqədə vurulmuş qolun müəllifi Abdellah Zubirdir. 
 
23:02

Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” - “Qarabağ” matçının start fiti səslənib. 

22:36

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda saat 23:00-da başlayacaq “Düdelanj” - “Qarabağ” oyunu üçün heyətlər açıqlanıb.

Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Düdelanj”:

1. Jonatan Juber (k), 5. Tom Şnel, 8. Mario Pokar, 9. Danel Sinani, 10. Dominik Ştolts, 16. Tibo Leskvo, 20. Mikael Qaro, 22. Antuan Bernye, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqrin, 98. Loran Mendi

Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kools, 13. Omar Natami, 23. Rayan Klap, 24. Mehdi Kirş, 27. Adel Bettayeb, 28. Şarl Moren;

“Qarabağ”:

1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 55. Bədəvi Hüseynov, 3. Aylton Silva, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 8. Miçel, 17. Abdullah Zubir, 20. Rişard Almeyda, 10. Dani Kintana, 11. Mahir Emreli

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqay Qey;

11:25

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. 

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburq çempionu “F91 Düdelanj”la üz-üzə gələcək. Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, “Qarabağ” ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzubsa (0:3), “F91 Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3.

Bu görüşdə “Qarabağ”ın heyətində ispaniyalı futbolçu Xayme Romero oynamayacaq. Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyununda çiyin bağlarından biri qırıldığı üçün ölkəsinə göndərilmiş Xaymeni bu matçda həmyerlisi Dani Kintananın əvəzləyəcəyi gözlənilir. 

A qrupu
23:00 “F91 Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
23:00 “Sevilya” (İspaniya) – APOEL (Kipr)

Turnir cədvəli
Sevilya – 3
F91 Düdelanj – 3
APOEL – 0
Qarabağ – 0

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri