Okt
2019
11:45
239
19
4169
Virtual karabakh

Lüksemburq klubu Azərbaycandan üzr istədi: Bu məsələni araşdıracağıq - FOTO

4 Okt, 2019
11:45
4169

Lüksemburq klubu Azərbaycandan üzr istədi: Bu məsələni araşdıracağıq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düdelanj” Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la matçda baş verən erməni təxribatına görə Ağdam klubundan üzr istəyib.

Oxu.Az xəbər verir ki, klubun rəsmi “Twitter” hesabında üzrxahlıq edilərək bunlar yazılıb: 

“Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.

Daha sonra klub bunun “Armenian Ultras“ fanatları tərəfindən edildiyini açıqlayıb.

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı Dağlıq Qarabağ rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə 20 dəqiqəlik fasilə yaranıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri