Okt
2019
23:51
200
28
3994
Virtual karabakh

“Qarabağ” ilk dövrəni məğlubiyyətsiz başa vurdu - VİDEO

6 Okt, 2019
23:51
3994

“Qarabağ” ilk dövrəni məğlubiyyətsiz başa vurdu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura - ilk dövrəyə yekun vurulub. 
 
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
Öncə “Zirə” ilə “Qəbələ” üz-üzə gəlib. Tərəflər meydanı heç-heçə ilə başa vurublar - 1:1.
 
Son çempion “Qarabağ” isə ilk dövrənin yekun qarşılaşmasında “Sabah”ı sınağa çəkib. Çempion bu rəqibinə də aman verməyib və dövrəni maksimum nəticə ilə başa vurub - 2:0.
 
Turun digər oyunlarına gəlincə, ötən gün “Neftçi” doğma meydanda “Səbail”ə 2:1 hesabıyla qalib gəlib, “Sumqayıt” - “Keşlə” matçı heç-heçə bitib – 0:0.
 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri