Okt
2019
03:28
300
26
4142
Virtual karabakh

Rafael Ağayev: Peşəkar idmançılar yerə düşməlidirlər ki, yuxarının ləzzətini bilsinlər - VİDEO

8 Okt, 2019
03:28
4142

Rafael Ağayev: Peşəkar idmançılar yerə düşməlidirlər ki, yuxarının ləzzətini bilsinlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya karatesinin ”Brilyant”ı Rafael Ağayev Rusiyada qələbədən sonra Bakıya dönüb.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq hava limanında karateçimizi yaxınları və media nümayəndələri qarşılayıb.

Rafael Ağayev “BakuTV”yə müsahibəsində bildirib ki, onun üçün bi il çətin keçib və buna görə son qələbəyə çox sevinib.

“Bu il mənim üçün önəmli idi. Çünki karate yay Olimpiya oyunlarına vəsiqə qazanıb. Və qəlin il Tokioda çıxış etmək üçün biz hamımız lisenziya qazanmağa çalışırıq. İlin əvvəlindən 4 finalda məğlub olmuşdum və iki yarışda 3-cü olmuşdum. Bu mənim il ərzində ilk qızıl medalımdır və buna görə çox sevindim. Bütün xalqımıza, bütün insanlara demək istəyirəm ki, biz də robot deyilik, udub uduzmağı bacarmalıyıq. Professional idmançılar nə qədər yüksəkdə olsalar da yerə düşməlidirlər ki, yuxarının ləzzətini bilsinlər”, - deyə Rafael Ağayev vurğulayıb.  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri