10 
Okt
2019
11:32
33
84
8068
yuxarı
Qadın futbolçu ilə bu selfi qalmaqala səbəb oldu - FOTO
10 Okt, 2019
11:32
8068
33
84
Qadın futbolçu ilə bu selfi qalmaqala səbəb oldu - FOTO
Meksikanın “Tiqres” və ABŞ-ın “Hyuston Deş” qadın komandaları arasında keçirilmiş yoldaşlıq matçı qalmaqalla yadda qalıb.
Oxu.Az xəbər verir ki, Meksikada keçirilən oyun başa çatdıqdan sonra yerli tərəfdarlar tribunalara yaxınlaşan Sofia Uerta ilə şəkil çəkdirməyə başlayıb.
Səbəb onun Meksika əsilli olması olub. Ancaq azarkeşlərdən biri selfi çəkdirərkən futbolçunun döşündən tutub. Lakin qadın futbolçu buna əhəmiyyət verməyib.
Bununla belə, şəkil sosial şəbəkələrdə yayılınca, tənqidlərə səbəb olub. Hətta “Tiqres” klubu rəsmi açıqlama yayaraq həmin azarkeşin şəxsiyyəti müəyyənləşəcəyi halda, ona komandanın oyunlarına qadağa qoyulacağını bildirib. Həmçinin, ABŞ klubu da rəqib komandanı dəstəkləyən açıqlama yayıb.
Səbuhi Musayev
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək