12 
Okt
2019
12:51
30
129
4563
Virtual karabakh

Useyn Bolt gecə klubunda başlayan davanın iştirakçısı oldu - FOTO/VİDEO

12 Okt, 2019
12:51
4563

Useyn Bolt gecə klubunda başlayan davanın iştirakçısı oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qısa məsafəyə qaçış üzrə səkkizqat Olimpiya çempionu, yamaykalı Useyn Bolt Londondakı gecə klublarından birində kütləvi davanın iştirakçılarından olub.

“The Sun” xəbər verir ki, “Toy Room” klubunda yaşanan davada Bolt və onun beş dostu iştirak edib.

Onlar Şərqi Avropadan olan yeddi nəfərlə dalaşıb. Daha sonra dava küçədə davam etdirilib. Boltun özü aktiv şəkildə dalaşanlardan olmayıb. O, yalnız hər iki tərəfi sakitləşdirməyə çalışıb. Şahidlərin deməyinə görə, əlbəyaxa dava olsa da, ciddi xəsarət alan olmayıb. Saat 3-də polisin gəlməsindən sonra dava dayanıb.

Qeyd edək ki, 33 yaşlı Useyn Bolt Olimpiadadakı uğurlarından başqa, 11 dəfə dünya çempionatının qızıl medalını qazanıb. 2017-ci ildə karyerasını bitirənədək o, səkkiz dünya rekordu qırıb. Hazırda 100 və 200 metr məsafələrə qaçışda ən yaxşı göstərici ona məxsusdur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri