14 
Okt
2019
11:20
142
12
1560
Virtual karabakh

Daha iki veteran güləşçimiz dünya çempionatında fərqlənib

14 Okt, 2019
11:20
1560

Daha iki veteran güləşçimiz dünya çempionatında fərqlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı başa çatıb.

Oxu.Az xəbər verir ki, Musa Mirzəyevin (-130 kq) ardından daha iki yunan-Roma güləşçimiz medal qazanıb.  

Belə ki, müxtəlif yaş qruplarında Məmməd Əliyev (-78 kq) gümüş və Rövşən İsmayılxanlı (-130 kq) bürünc medalla mükafatlandırılıb.

Qeyd edək ki, milli dərəcəli hakimlərimizdən Xəyal Əliyev və Eldar Məmmədov yarışda ədaləti qoruyub. Onlar beynəlxalq dərəcə almaq üçün imtahandan da keçib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri