14 
Okt
2019
14:12
16
142
3030
Virtual karabakh

Macarıstan millisinin futbolçusu Azərbaycanın vurduğu qolun sayılmaması üçün dua edib

14 Okt, 2019
14:12
3030

Macarıstan millisinin futbolçusu Azərbaycanın vurduğu qolun sayılmaması üçün dua edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş məşqçinin tapşırıqlarına daha yaxşı əməl etməli idik. Hesabı açandan sonra da qol vura bilərdik. Sonradan isə tempin yüksək olmasına çalışmırdıq. Hücum potensialımız qaydasında idi. Sadəcə, qol imkanlardan istifadə etmək istənilən səviyyədə deyildi.

Oxu.Az xəbər verir ki, bunu Macarıstan millisinin futbolçusu Dominik Soboslai Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyununu dəyərləndirərkən deyib. 

Avstriyanın “Zalsburq” klubunun mərkəz yarımmüdafiəçisi Azərbaycan millisinin vurduğu, lakin hakimin qeydə almadığı qola belə münasibət bildirib: 

“Həmin vaxt ehtiyat oyunçular skamyasında idim. Oradan epizodu dəqiq görə bilməzdim. Çaşıb qalmışdım. Dua edirdim ki, hər hansı səbəbdən – əllə oyun, oyundankənar vəziyyət və ya səhvən qol sayılmasın. Amma həmin epizodla bağlı heç nə görməmişdim”.

Qeyd edək ki, Dominik Soboslai komandasının 1:0 hesabı ilə qalib gəldiyi oyunun 76-cı dəqiqəsində David Holmanla əvəzlənib. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri