14 
Okt
2019
17:05
290
32
4603
Virtual karabakh

Bakıda səfirlik qarşısında etiraz: “Niderland pendirinə hə, holland hakiminə yox” - FOTO

14 Okt, 2019
17:05
4603

Bakıda səfirlik qarşısında etiraz: “Niderland pendirinə hə, holland hakiminə yox” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Oxu.Az Futbolpress.az-a istinadən xəbər verir ki, onlar ötən gün Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Denis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz edib. 

Fanatlar “Azərbaycan, Azərbaycan” şüarı səsləndirib, pankartlar açıb. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.

Pankartlarda “Xalımızı geri qaytar”, “Futbol siyasət deyil”, “Qolu vermədiyiniz üçün “çox sağ ol”, “Niderland pendirinə hə, holland hakiminə yox”, “Ədalətsiz qərar” yazılıb.

Niderland səfirliyi etirazlara reaksiya verməyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri