14 
Okt
2019
19:12
198
17
4076
Virtual karabakh

Yeniyetmə samboçularımız dünya çempionatından dörd medalla qayıdır - FOTO

14 Okt, 2019
19:12
4076

Yeniyetmə samboçularımız dünya çempionatından dörd medalla qayıdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmə və gənclər arasında sambo üzrə dünya çempionatı başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, millimizin dörd idmançısı bürünc medal qazanıb.

Bunlar yeniyetmə millimizin üzvləri – Elvin Bağırov (-56 kq), Kənan İsmayılov (-60 kq), Hacıbala Cəbrayılov (-70 kq) və Toğrul Salmanovdur (+87 kq).

Qeyd edək ki, millimiz bu yarışa Bəxtiyar Hacıyevin rəhbərliyi altında 15 idmançı (doqquz yeniyetmə və altı gənclər millimizin üzvü) ilə yollanmışdı.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri