15 
Okt
2019
15:20
163
15
1946
Virtual karabakh

Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazandı

15 Okt, 2019
15:20
1946

Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 2020-ci ildə keçiriləcək Tokio Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

Oxu.Az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən para atıcılıq üzrə dünya çempionatında iştirak edən Kamran Zeynalov növbəti lisenziyanı əldə edib. 

Paralimpiyaçımız 50 metr məsafəyə güllə atıcılığında göstərdiyi nəticəyə görə ilk 15 idmanıçı sırasına düşüb və bununla da o, gələn il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib.

Qeyd edək ki, bu, Azərbaycanın Paralimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirən dördüncü idmançısıdır. Bundan öncə paraatıcıqda Yelena Taranova, parapauerliftinqdə Elşən Hüseynov və paraüzgüçülükdə Roman Saley lisenziya qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri