16 
Okt
2019
10:53
61
27
3303
Virtual karabakh

Dadaşlinskidən Mircavadova: “Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız” - VİDEO

16 Okt, 2019
10:53
3303

Dadaşlinskidən Mircavadova: “Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İTV-də efirə gedən “3D” verilişinin budəfəki qonağı futbol veteranı, millimizin sabiq çalışdırıcısı, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov olub.

Oxu.Az xəbər verir ki, Ağasəlim Mircavadovla verilişin aparıcısı Dadaş Dadaşlinski arasında maraqlı söhbət baş tutub.

Millimizin 1995-ci ilin sentyabrın 6-da Oser şəhərində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransaya qarşı keçirdiyi matçda 0:10 hesabı ilə uduzması xatırladılıb. Həmin vaxt millimizin baş məşqçisi olmuş Mircavadova Dadaşlinski atmaca atıb.

Belə ki, Mircavadov hesab böyüyərkən qapıçı Elxan Həsənovu Nizami Sadıqovla əvəzlədiyini bildirərkən Dadaşlinski deyib:

“Aaa, deməli, özünüzlə qapıçı aparmışdınız”.

Həmçinin, altı gün əvvəl 21 yaşadək millimizin Kale şəhərində fransalı həmyaşıdlarına 0:5 hesabı ilə uduzması zamanı Dadaşlinski Mircavadovun həmin matçı stadiondan izlədiyini öyrənəndə təəccübünü gizlətməyib:

“Hm, bu dəfə də getmişdiniz?”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri