16 
Okt
2019
16:35
91
19
4539
Virtual karabakh

“Liverpul”un futbolçusu bu göstəricisi ilə Ginnesin Rekordlar kitabına düşdü

16 Okt, 2019
16:35
4539

“Liverpul”un futbolçusu bu göstəricisi ilə Ginnesin Rekordlar kitabına düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə millisinin və “Liverpul”un futbolçusu Trent Aleksander-Arnold Ginnesin Rekordlar kitabına düşüb.

Oxu.Az xəbər verir ki, 21 yaşlı sağ cinah oyunçusu İngiltərə Premyer Liqasında məhsuldar ötürmələrinin sayına görə müdafiəçilər arasında rekord qırıb.

Onun ötən mövsüm 12 ötürməsindən sonra qol vurulub. Bununla da Aleksander-Arnold 1994/1995 mövsümündə Endi Hinçklifin və 2010/2011 mövsümündə Leyton Beynsin rekordlarını yeniləməyi bacarıb.

Maraqlıdır ki, bu iki futbolçu da Liverpul şəhərinin digər klubunda – “Everton”da çıxış edərkən bu göstəriciyə imza atıb.

Qeyd edək ki, Trent Aleksander-Arnold ötən mövsüm “Liverpul”la Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri